Ruben Amorimi Pereyra əvəzlədi

11.11.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Sportinq"in yeni baş məşqçisi açıqlanıb.

QOL.az xəbər verir ki, Lissabon təmsilçisini Joao Pereyra çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb. O, bu vəzifədə "Mançester Yunayted"in baş məşqçisi təyin edilən Ruben Amorimi əvəzləyib.

Qeyd edək ki, Joao Pereyra 2021-ci ildən "Sportinq"in akademiyasında çalışır. O, son olaraq "Sportinq"in B komandasının baş məşqçisi işləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью