Ruben Diaşın evi qarət olundu

30.01.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Ruben Diaşın evi qarət olundu

“Mançester Siti”nin portuqaliyalı müdafiəçisi Ruben Diaş xoşagəlməz hadisə ilə üzləşib.

QOL.az xəbər verir ki, futbolçunun evi Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda “Qalatasaray”la oyun (2:0) zamanı qarət olunub. Diaş həmin vaxt stadionda olub, onun britaniyalı televiziya aparıcısı olan sevgilisi isə Cənubi Afrikada çəkilişdə iştirak edib.

Bildirilib ki, Alderli-Edc ərazisində yerləşən malikanəyə daxil olan naməlum şəxslər zinət əşyaları, elektronika, geyimlər və digər qiymətli əşyaları oğurlayıblar. Yerli polis hadisəni təsdiqləyib. Hazırda saxlanılan şəxs yoxdur, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ruben Diaş bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 25 oyuna çıxıb və 2 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью