Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçilib

03.08.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Ermənistan parlamentinin sədri vəzifəsinə "Vətəndaş Müqaviləsi" Partiyasının namizədi Ruben Rubinyan seçilib.

“Armenpress” xəbər verir ki, parlamentdə keçirilən səsvermədə hakim fraksiya 63 səslə Rubinyanın namizədliyini yekdilliklə dəstəkləyib.

Müxalif "Ermənistan" bloku səsverməni boykot edib, "Güclü Ermənistan" alyansı isə bitərəf qalıb.

Rubinyan bundan əvvəl Ermənistan parlamentinin sədr müavini vəzifəsində çalışıb. O, həmçinin 2021-ci ildən Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib və bu proses çərçivəsində Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç ilə danışıqlar aparıb.

O, 2018-ci ildə qısa müddət Ermənistan xarici işlər nazirinin müavini, 2019-cu ildən isə Milli Məclisin deputatı olub. 2021-ci ildən parlament sədrinin müavini vəzifəsini icra edirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью