GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna təhlükəsizlik orqanlarının birgə əməliyyatı nəticəsində Dnepr şəhərində terror aktı törədən erməniəsilli Ruben Voskanyanı saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Bildirilib ki, R.Voskanyan Rusiyaya casusluqda ittiham olunur və hərbi komissarlıqlarda törədilən terror aktının müəllifidir.
Qeyd edək ki, partlayış nəticəsində bir nəfər ölüb, iki polis də daxil olmaqla, yaralananlar var.