Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubiales bu ölkənin qadınlardan ibarət yığmasının oyunçusu Cennifer Ermosonu öpdüyünə görə açılan cinayət işinin sonunda həbs cəzasından qaça bilib.
"Football-plus az" xəbər verir ki, Mərkəzi Cinayət Məhkəməsi futbol məmurunu seksual zorakılıqda günahkar sayıb.RFEF prezidentinin iştirakçısı olduğu qalmaqal 2023-cü ilin avqustunda - qadınlar arasında dünya çempionatının medallarının təqdimat mərasimində yaşanıb.
Onda İngiltərəni 1:0 hesabıyla məğlub edən İspaniya yığmasının üzvlərini çempionluq münasibəti ilə təbrik edən Rubiales Ermosonun dodağından öpmüşdü.
Sonradan Cennifer bildirdi ki, bu hərəkət ona xoş gəlməyib, öpüş onun razılığı olmadan baş tutub.İctimaiyyətin narazılığından, qınağından, FİFA-nın 90 günlük cəzasından sonra Rubiales postunu tərk etdi.
Amma o, ittihamla və üzərinə yağan tənqidlə razılaşmadı: “Bu, sosial qətldi. Haqq etmədiyim halda mənim ovuma çıxıblar”.
Elə həmin ilin sentyabrında Ermoso Rubialesi məhkəməyə verdi.
FİFA ispaniyalı funksionerin futbolla bağlı istənilən fəaliyyətlə məşğul olmasına üçillik qadağa qoydu.