Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır. “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Özbəkistanlı futbolçu Umarali Rahmonəliyevin keçidi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə razılıq əldə edilib.
Rahmonaliyev icarə əsasında “bayquşlar”ın uğurları üçün çalışacaq.
İcarə müqviləsinin müddəti 1 ildi.Umarali 2003-cü il avqustun 18-də Nəmənqanda dünyaya gəlib.
Müdafiəyəmeyilli yarımmüdafiəçi mövqeyində çıxış edir. Futbol karyerasına “Bunyodkor”un gənclər akademiyasında başlayıb.
2021-ci ildə əsas komandada debüt edərək, həmin mövsümdə 4 oyunda 1 qol vurub. 2022-ci ildə isə 21 oyunda 7 qol ilə komandasına töhfə verib.
2023-cü ildə Umarali “Rubin”ə transfer olunub. Rusiya premyer-liqasında 2023-ün iyulunda - “Lokomotiv”lə oyunda debüt edib.
2023/24 mövsümündə 11, 2024/25 mövsümündə 2 oyuna çıxıb. Özbəkistanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edib.