Rubinyan Aİ nümayəndəsi ilə AzərbaycanErmənistan münasibətlərini müzakirə edib

10.01.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan İrəvanda Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, həmsöhbətlər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsini məsələlərini müzakirə edib.

Məlumata görə, Rubinyan və Qrono həmçinin Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesi məsələsinə də toxunublar. 

Qeyd olunub ki, görüşdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi də aparılıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью