Rubinyan Niderland səfiri ilə Türkiyə Ermənistan münasibətlərin normallaşması prosesini də müzakirə edib

06.02.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan İrəvanda Niderland Krallığının Ermənistandakı səfiri Marieke Monroy-Vinterlə görüşüb.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyası məlumat yayıb.

Bildirilib ki, Ruben Rubinyan Niderland ilə əlaqələrin inkişafını və parlamentlərarası əməkdaşlığın dərinləşməsini yüksək qiymətləndirib. 

Vitse-spiker Ermənistan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsinin zəruriliyini də vurğulayıb.

Qeyd olunub ki, bundan əlavə tərəflər regiondakı vəziyyəti və Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesini də müzakirə ediblər.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью