Rubinyan parlamentin spikeri postuna namizəd göstərildi

25.06.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ruben Rubinyan Ermənistan Milli Assambleyasının (MA) sədri vəzifəsinə namizəd seçilib.

Axar.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyanın iclasından sonra jurnalistlərə bildirib.

Daha əvvəl Rubinyan Ermənistan Milli Assambleyasının vitse-spikeri vəzifəsini tuturdu.

"Müzakirə və gizli səsvermə nəticəsində Ruben Rubinyan Milli Assambleyanın spikeri postuna namizəd seçilib", - Paşinyan deyib.

Qeyd edək ki, MA spikeri postuna namizədlər Alen Simonyan, Ayk Koncoryan və Ruben Rubinyan olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью