Rubinyan Qrono ilə görüşüb

10.01.2025

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Görüşdə Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə edilib

Bu gün Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. AYNA erməni mediasına istinadən bildirir ki, görüşdə Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi məsələləri müzakirə edilib.

Bildirilib ki, görüş zamanı Ermənistanla Azərbaycan arasında sülh prosesinə də toxunulub.

Eyni zamanda, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью