Rubinyan: Türkiyə heç vaxt Ermənistanın qarşısında ilkin şərt qoymayıb

16.09.2025

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hurriyyet.az xəbər verir ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan Ankaranın heç vaxt İrəvanın qarşısında ilkin şərt qoymadığını bildirib.
Pubinyan iki ölkə arasında münasibətlərin normallaşdırılmasından danışarkən deyib: "Türkiyə bir dəfə də olsun, bu kontekstdə Ermənistanın qarşısında ilkin şərt qoymayıb".
Rubinyan Ermənistanın İctimai Televiziyasının efirindəki çıxışı zamanı deyib: "Proses zamanı biz müxtəlif məsələlər barəsində razılaşmışıq. Onlardan bir qismi həyata keçirilib, digər hissəsi isə həyata keçirilmək üzrədir. Bizim (siyasi) opponentlərimiz hər bəhanə ilə şikayətlənirlər, hər şeyin pis və mənasız olduğunu bəyan edirlər. Biz (hakimiyyət) planlaşdırılanların həyata keçməsi üçün hər şeyi edirik... Hər addımın düşünülmüş və real olması üzərində çalışmağa davam edəcəyəm". 
Onun sözlərinə görə, Ermənistan hökuməti "sülhün bərqərar olmasını, sərhədlərin delimitirizasiyasını, Ermənistanla Türkiyənin  münasibətlərinin tam normallaşdırılmasını, diplomatik münasibətlərin qurulmasını və sərhədlərin açılmasını istəyir".
Hürr Tərcüman

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью