Rubinyanı Adanada kabab yeməyə dəvət etdi

05.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Adana şəhərindən olan türkiyəli aşpaz və kabab ustası Uğur Aydın Ermənistan parlamentinin yeni spikeri Ruben Rubinyanı Türkiyəyə dəvət edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Adana Hızlı Haber” nəşri məlumat yayıb. 

Buna erməni siyasətçinin parlamentdə çıxışı zamanı Türkiyə mətbəxini, xüsusilə də “Adana kebab” və “İskəndər kabab” adlı yeməkləri çox bəyəndiyini söyləməsi səbəb olub. 

“Qoy gəlsinlər və qonağımız olsunlar. Əgər hamı birlikdə oturub kabab yesəydi, sülh əldə olunar, bütün problemlər həll olunardı”, - Uğur Aydın Rubinyanı hazırladığı kababı dadmağa dəvət edərək deyib.

Qeyd edək ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının namizədliyini irəli sürdüyü Ruben Rubinyan avqustun 3-də parlamentin yeni sədri seçilib. O, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsidir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью