Rubinyanı Adanada kabab yeməyə dəvət etdi

21.08.2026

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Adana şəhərindən olan türkiyəli aşpaz və kababçı Uğur Aydın Ermənistan parlamentinin yeni spikeri Ruben Rubinyanı Türkiyəyə dəvət edib. 

Hurriyyet.Media xəbər verir ki, bu barədə “Adana Hızlı Haber” nəşri məlumat yayıb. 

Buna erməni siyasətçinin parlamentdə çıxışı zamanı Türkiyə mətbəxini, xüsusilə də “Adana kabab” və “İskəndər kabab” adlı yeməkləri çox bəyəndiyini söyləməsi səbəb olub. 

“Qoy gəlsinlər və qonağımız olsunlar. Əgər hamı birlikdə oturub kabab yesəydi, sülh əldə olunar, bütün problemlər həll edilərdi”, - Uğur Aydın Rubinyanı hazırladığı kababı dadmağa dəvət edərək deyib.

Qeyd edək ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının namizədliyini irəli sürdüyü Ruben Rubinyan avqustun 3-də parlamentin yeni sədri seçilib. O, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью