Rubio: ABŞ hökumətinin bağlanması ölkənin mövqeyini zəiflədir

02.10.2025

Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ federal hökumətinin qismən bağlanması Vaşinqtonun dünya səhnəsindəki mövqeyini zəiflədir.

Doğru.az xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə, hökumətin bağlanması qərarı demokratların addımlarından qaynaqlanır.

“Onların hərəkətləri Amerikanın dünya səhnəsindəki mövqeyini sarsıdır və milli təhlükəsizliyi təhdid edir”, – Rubio vurğulayıb.

Qeyd edək ki, Politico daha əvvəl Ağ Evin bağlanma fonunda departament işçilərinin kütləvi ixtisarına başlayacağını bildirmişdi.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью