Rubio ABŞ ın NATO daxilindəki məqsədlərindən danışıb

15.05.2025

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerika rəsmiləri əmin olmaq istəyirlər ki, NATO strukturunda “zəif əlaqələr” yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

Diplomat Şimali Atlantika Alyansına üzv ölkələrin xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi görüşü çərçivəsində Vaşinqtonun hərəkətlərini dəyərləndirib.

"İttifaq yalnız onun ən zəif halqası qədər güclüdür və biz bu ittifaqda zəif halqaların olmadığına əmin olmaq istəyirik", - Rubio bildirib.

Eyni zamanda o, NATO-nun bu vəzifəni uğurla yerinə yetirdiyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью