Rubio: “ABŞ İranın hücuma hazırlaşdığına dair heç bir əlamət görmür”

18.11.2026

Ayna saytına istinadən Icma.az xəbər verir.

"Mən bu məlumatlara şərh verməyəcəyəm, çünki bu məlumatı sizinlə paylaşdığımı təsəvvür edə bilmirəm"

“ABŞ administrasiyası İranın Vaşinqtona mümkün hücuma hazırlaşdığına dair heç bir əlamət görmür”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio Manilada jurnalistlərə verdiyi açıqlamada deyib.

"Mən bu məlumatlara şərh verməyəcəyəm, çünki bu məlumatı sizinlə paylaşdığımı təsəvvür edə bilmirəm", Rubio deyib.

"Əgər bu, kəşfiyyat məlumatları olsaydı, məxfi saxlanılardı", o əlavə edib.

"Əminəm ki, sistemlərimiz bu şeyləri əvvəlcədən aşkarlaya bilir. İnanmıram ki, hər hansı bir təcili təhlükə var", - deyə ABŞ dövlət katibi vurğulayıb və əlavə edib ki, bu məsələ ilə bağlı media xəbərləri onu narahat etmir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtona hücum edəcəyi təqdirdə, ABŞ-ın misli görünməmiş güclə cavab zərbələri endirəcəyini bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью