Rubio: ABŞ İranla diplomatik həllə üstünlük verir

04.11.2026

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İranla münaqişənin diplomatik yolla həllinə açıq olduğunu, lakin zərurət yaranarsa, məqsədlərinə hərbi vasitələrlə də nail ola biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Rubio Atlantada keçirilən G20 Xarici İşlər Nazirlərinin görüşü çərçivəsində təşkil olunan mətbuat konfransında çıxış edib.

O, ABŞ Prezidenti Donald Trampın İranla bağlı problemləri hərbi müdaxilə yolu ilə həll etməyə üstünlük vermədiyini vurğulayıb. Rubionun sözlərinə görə, Tramp istəsəydi, hərbi əməliyyata həftələr, hətta aylar əvvəl başlaya bilərdi.

“Prezident məsələni diplomatik yolla həll etməyi seçib. Lakin onun çatdırmaq istədiyi əsas mesaj budur ki, zərurət yaranarsa, hərbi müdaxilə etmək üçün gücümüz və imkanlarımız var. Uğur qazanmaq üçün lazım olan hər şeyə sahibik, amma məsələləri sülh yolu ilə həll etməyə üstünlük veririk”, – Rubio bildirib.

Aytən Yaşar/Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью