Rubio ABŞ nin İrandakı məqsədlərini açıqlayıb

23.07.2026

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Ştatlar İrana qarşı əməliyyatda heç vaxt İslam Respublikasında hakimiyyət dəyişikliyini məqsəd qoymayıb, onların əsas vəzifəsi Tehranın nüvə silahına sahib olmasına imkan verməməkdir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyan edib.

"ABŞ İranın nüvəsizləşdirilməsinə və onun heç vaxt nüvə silahına malik olmamasına çalışır", — deyə o, ASEAN çərçivəsində keçirilən nazirlər səviyyəsindəki tədbirlər çərçivəsində mətbuat konfransında Vaşinqtonun İranda hakimiyyəti dəyişmək məqsədi qoyub-qoymadığı ilə bağlı sualı cavablandırarkən bildirib. "Biz heç vaxt məqsədimizin hakimiyyət dəyişikliyi olduğunu deməmişik", — deyə ABŞ dövlət katibi əlavə edib və vurğulayıb ki, ABŞ hərbçiləri diqqəti İranın hərbi potesialının məhv edilməsinə yönəldiblər.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью