Rubio: ABŞ Qəzzaya nəzarəti onlara vermək istəyir

23.10.2025

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“ABŞ Qəzza zolağında münaqişənin həllində irəliləyiş əldə olunduğu üçün bölgədə hakimiyyəti Fələstinin mülki hakimiyyətinə ötürməyə çalışacaq”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.

Rubio İsrailə səfərindən əvvəl jurnalistlərə verdiyi açıqlamada bildirib:

“Nəhayət, Qəzzada mülki hakimiyyət - Fələstinin mülki qurumu görmək istərdik. Buna çalışırıq. Fələstin polisinin Qəzzada olmasını istərdik”.

O vurğulayıb ki, HƏMAS Hərəkatının təsirinin tamamilə aradan qaldırılması Qəzzada hakimiyyətin tədricən fələstinlilərə keçməsi üçün dəyişməz şərt olaraq qalır. Rubio həmçinin qeyd edib ki, gələcəkdə yaradıla biləcək Fələstin polis qüvvələri başqa ölkələrdən olan mütəxəssislər tərəfindən hazırlanmalı və öyrədilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью