Rubio: ABŞ Tramp və Kim Çen In arasında görüşü nəzərdən keçirir

18.11.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır. Vaşinqton belə bir görüşün keçirilməsi ehtimalını ciddi şəkildə nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tramp Şimali Koreya ilə mövcud problemlərin həllində dialoq və əməkdaşlığın vacibliyini vurğulayır.

Rubio qeyd edib ki, hələlik görüşün konkret vaxtı müəyyənləşdirilməyib, lakin ABŞ Prezidenti belə bir görüşə hazırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью