Rubio: ABŞ Ukrayna münaqişəsinə son qoymaq istəyir

21.01.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin davamlı, sülh yolu ilə həllinə nail olmaq niyyətindədir.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “NBS News” telekanalına müsahibəsində deyib.

"Bu münaqişəyə son qoymaq ABŞ-nin rəsmi siyasəti olacaq və biz buna davamlı və sabit şəkildə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Biz istəmirik ki, bu sabitlik iki, üç və ya dörd ildən sonra yenidən müharibəyə çevrilsin”, - Rubio qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью