Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
ABŞ dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin diplomatik yollarla həllinin mümkünlüyünə şübhə ilə yanaşdığını bildirib.
O qeyd edib ki, Vaşinqton Ukrayna ilə bağlı danışıqlarda müəyyən irəliləyişlər əldə edildiyini dəfələrlə bəyan etsə də, münaqişənin tezliklə başa çatacağını iddia etmir.
“Düşünmürəm ki, burada kimsə münaqişənin həllinin astanasında olduğumuzu söyləyir”, - deyə Rubio bildirib. Sherg.az xəbər verir ki, onun sözlərini "DWS News" yayıb.
Bu arada Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampı Rusiyaya kifayət qədər təzyiq göstərməməkdə ittiham edib. O, Vaşinqtonu Moskvaya qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyə çağırıb. Zelenskinin sözlərinə görə, Kiyev ABŞ-dan Rusiyanın açıq şəkildə pislənilməsini gözləyir.