Rubio: ABŞ Ukraynadakı müharibəni dayandıra biləcək yeganə ölkədir

02.08.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton Ukraynadakı münaqişənin nizamlanmasında əsas rol oynamağa davam edəcək. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Kiyev və Moskvanı danışıqlar masası arxasına əyləşdirə biləcək yeganə dünya lideridir.

Modern.az xəbər verir ki, Rubio bildirib ki, münaqişənin ilk ilində vəziyyət faktiki olaraq dalana dirənmişdi. Bununla belə, ABŞ hələ də konstruktiv addımlar atmağa hazırdır.

“Düşünürəm ki, yaxın bir neçə həftə ərzində tərəflər arasında danışıqların bərpası və bu münaqişəyə son qoyulması istiqamətində cəhdlərin şahidi olacağıq”, – deyə Rubio bildirib.

O əlavə edib ki, həm Ukraynanın, həm də Rusiyanın geri çəkilməyəcəyi sərt “qırmızı xətləri” mövcuddur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью