Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio Avropa Komissiyasının (AK) X sosial şəbəkəsini 140 milyon dollar məbləğində cərimələməsini Amerika xalqına zərbə adlandırıb."Report" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb."Avropa Komissiyasının 140 milyonluq cəriməsi sadəcə xarici hökumətlərin X sosial şəbəkəsinə qarşı hücumu deyil, bu həm də Amerikanın texnoloji platformalarına və xalqına yönəlmiş hücumdur.
İnternetdə Amerikanın senzura dövrü artıq keçib", - dövlət katibi qeyd edib.Xatırladaq ki, AK Avropa İttifaqının rəqəmsal xidmətlər haqqında (DSA) qanununa əsaslanaraq şəffaflığın təmin edilməsini pozduğu üçün X sosial şəbəkəsini 120 milyon avro (140 milyon dollar) məbləğində cərimələyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.