Rubio bağlanmanın ABŞ ı qlobal səhnədə zəiflətdiyini deyib

02.10.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ-da federal hökumətin qismən fəaliyyətini dayandırması Vaşinqtonun beynəlxalq münasibətlərdə mövqeyini zəiflədir və ABŞ-ın təhlükəsizliyini təhdid edir.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

"Konqresdəki demokratlar hökuməti bağlamaq qərarına gəliblər. Onların partizan maraqlarının diktə etdiyi hərəkətləri ABŞ-ın qlobal səhnədəki mövqeyini zəiflədir və milli təhlükəsizliyi təhdid edir", - Rubio “X” hesabında yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью