Rubio BƏƏ, Küveyt və Bəhreynə səfər edir KONKRET

22.06.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın dövlət katibi Rubio rəsmi səfərlər çərçivəsində Yaxın Şərq ölkələrinə yola düşür.

KONKRET.az  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tomi Piqot məlumat yayıb. Səfərin əsas məqsədi Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyn rəsmiləri ilə regional təhlükəsizlik məsələlərini müzakirə etməkdir.

Danışıqların mərkəzində İranla bağlanmış qarşılıqlı anlaşma memorandumu və Hörmüz boğazında tam, azad və təhlükəsiz naviqasiyanın təmin edilməsi istiqamətində görülən işlər dayanır. Bununla yanaşı, Rubio Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının üzvləri ilə digər regional məsələləri də nəzərdən keçirəcək.

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью