Rubio bu ay üç ölkəyə səfərə çıxır

02.10.2026

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Dövlət katibi Marko Rubio oktyabr ayında müdafiə tərəfdaşlığının dərinləşdirilməsi imkanlarını müzakirə etmək üçün İslandiya, Yunanıstan və Portuqaliyaya səfər edəcək. SİA xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott "X" sosial şəbəkə hesabında bildirib.

"Dövlət katibi Marko Rubio müdafiə və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı dərinləşdirmək üçün 5-8 oktyabr tarixlərində İslandiya, Yunanıstan və Portuqaliyaya səfər edəcək. Yunanıstana səfəri çərçivəsində dövlət katibi ABŞ və Yunanıstanın 6-cı Strateji Dialoqunda ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək" - paylaşımda qeyd olunub.

Mətləb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью