Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ dövlət katibi Marko Rubio ABŞ-İran sülh danışıqlarında vasitəçilik edən Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə görüşəcək. Rubio və Əl-Tani bu gün Vaşinqtonda görüşəcəklər.
Məlumatı “Anadolu” verib.
Danışıqlar zamanı tərəflərin Qətərin İran və ABŞ arasında razılaşmaların əldə edilməsinə yönəlmiş danışıqlar prosesində vasitəçilik səylərini, eləcə də iki ölkə arasında strateji münasibətləri müzakirə etməsi gözlənilir.
Qətər İran və ABŞ arasında gərginliyin azaldılması və tərəflər arasında diplomatik razılaşmanın əldə edilməsi məqsədi daşıyan danışıqlarda vasitəçilik edir.
İki həftə əvvəl Əl-Tani Vaşinqton və Tehran arasında danışıqları müzakirə etmək üçün ABŞ Prezidenti Donald Tramp və vitse-prezident J.D. Vance ilə görüşmüşdü.
Görüşdən sonra Tramp sosial media hesabında bu barədə paylaşım etmişdi.
P.ƏMİRCANOV
XQ