Rubio:” Digər liderlər də Sülh Şurasının tərkibinə qoşulacaq”

22.01.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

ABŞ Dövlət Katibi Marko Rubio bildirib ki, Sülh Şurasının yaradılması təşəbbüsünə daha bir çox dünya lideri qoşulacaq.
Bizim.Media xəbər verir ki, Rubio bu barədə Davosda Sülh Şurasının nizamnaməsinin imzalanması mərasimində çıxışı zamanı söyləyib:
“Çoxlu liderlər artıq qoşulub, digər liderlər isə daxili prosedurları tamamlayacaq və onlar da Sülh Şurasının tərkibinə daxil olacaqlar. Bu uğurlu təşəbbüs olacaq və daha bir çox ölkələr buna qoşulacaq.”
Rubio qeyd edib ki, bəzi liderlər bu gün tədbirdə iştirak etmir, çünki onların iştirakının konstitusion tələblərlə uyğunlaşdırılması lazımdır. Buna baxmayaraq, o, əmin olduğunu bildirib ki, iştirakçı ölkələrin sayı artacaq, çünki çoxlu ölkələr “təşəbbüsün bir hissəsi olmaq istəyir və onun uğurlu nəticəsini gözləyirlər”.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью