Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vaşinqton, 23 iyun, AZƏRTAC
Beynəlxalq hüquqa əsasən, heç bir ölkə beynəlxalq su yolunda rüsum və ya ödəniş tələb edə bilməz. AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
“Dünyanın hər yerində beynəlxalq su yollarında vəziyyət belədir və biz Hörmüzdə də belə olacağını gözləyirik. Ona görə də düşünürəm ki, bu, kimisə inandırmağa məcbur qaldığımız məsələ deyil. Bu bölgədəki bütün ölkələr bizimlə razılaşar”, - deyə Rubio əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton