Rubio Hindistan Pakistan münaqişəsinin həllində ABŞ ın köməyini təklif edib

10.05.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ dövlət katibi Marko Rubio mayın 9-da Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları qərargah rəisi general Asim Munir ilə telefon danışığı zamanı ABŞ-ın Hindistan və Pakistan arasında münaqişənin tənzimlənməsində yardımını təklif edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Temmi Bryusun yazılı bəyanatında deyilir.

"Rubio bu gün Pakistan ordusunun komandanı Asim Munir ilə telefonla danışıb. O, hər iki tərəfi gərginliyin azaldılması yollarını axtarmağa çağırmağa davam edib və gələcək münaqişələrin qarşısını almaq məqsədilə ABŞ-ın konstruktiv danışıqların təşkili üzrə yardımını təklif edib", – deyə diplomat bildirib.

Mayın 10-na keçən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi bu hücumu region üçün son dərəcə təhlükəli və sabitliyi pozan bir hadisə kimi qiymətləndirib. Buna cavab olaraq İslam Respublikası hökuməti genişmiqyaslı hərbi əməliyyatın – “Banyan əl-Marsus” (“Mərmi ilə örtülmüş divar”) başladığını elan edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью