Rubio: Hörmüzdən neft daşımaları 60 70 faiz bərpa olunub

22.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Vaşinqton, 22 sentyabr, AZƏRTAC

Hörmüz boğazından həyata keçirilən neft daşımalarının təxminən 60–70 faizi artıq bərpa edilib və bu göstərici artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio NBC telekanalının “Today” proqramına müsahibəsində deyib.

Rubio bildirib ki, daha çox gəmi cənub marşrutundan təhlükəsiz şəkildə istifadə etməyə başlayıb və yaxın vaxtlarda onların sayının artacağı gözlənilir.

Dövlət katibinin sözlərinə görə, neft qiymətlərinin son iki həftədə yüksəlməsinin əsas səbəbi husilərin Səudiyyə Ərəbistanının neft boru kəmərinə hücumundan sonra kəmərin fəaliyyətinin dayandırılmasıdır.

“Hazırda sistemdə neft var, lakin bazarlar gələcəkdə Səudiyyə Ərəbistanından daha az neft tədarük ediləcəyi ehtimalına reaksiya verir”, – deyə Rubio vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью