Rubio: İran ABŞ gəmilərinə hücumlara görə pul ödəyəcək

10.09.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ hərbi gəmilərinə hücumlara cavab olaraq və Tehrana iqtisadi təzyiqi artırmaq üçün İran neft tankerlərini hədəf almağa davam edəcək.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. 

O, Tehranın ABŞ dəniz gəmilərinə hücum etdiyinə görə bədəl ödəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, bir müddət öncə ABŞ prezidenti Donald Tramp İranla müharibənin seçkilərdən dərhal sonra bitəcəyini bildirib və Tehranın artıq münaqişəni davam etdirə bilməyəcəyini iddia edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью