Rubio İran nümayəndə heyətini ABŞ dan qovub

01.10.2026

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rubio İran nümayəndə heyətini ABŞ-dan qovub

ABŞ dövlət katibi Marko Rubio danışıqlar çıxılmaz vəziyyətə düşdükdən sonra BMT Baş Assambleyasındakı İran nümayəndə heyətindən dərhal ölkəni tərk etməsini tələb edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb. Nəşrin məlumatına görə, Ağ Ev İranla danışıqlarda irəliləyiş əldə edilə biləcəyinə inanırdı. Bununla belə sonda danışıqların çıxılmaz vəziyyətə düşdüyü məlum oldu. Bunun ardınca Rubionun əmri ilə ABŞ-ın BMT-dəki Missiyası İranın BMT-dəki Missiyasına İranın xarici işlər naziri Abbas Araqçının nümayəndə heyətinin dərhal Nyu-Yorku tərk etməli olduğunu bildirdi.
"Katib Rubio orada çoxdan qalmış İran nümayəndə heyətini qovdu. BMT Baş Assambleyası başa çatmışdı, ona görə də onların getmə vaxtı gəlmişdi", - deyə ABŞ rəsmisi bildirib.

Nəticədə, Əraqçinin də daxil olduğu İran nümayəndə heyəti bir neçə saat sonra hava limanına gedib və çərşənbə axşamı saat 1:20-də Nyu-Yorkdan Dohaya uçan təyyarəyə minib.

Bununla belə Qətər vasitəçiləri təklif olunan kompromislə bağlı hər iki tərəflə danışıqları davam etdirirlər.
Xatırladaq ki, Donald Tramp bu yaxınlarda İranın sülh təklifini rədd etmiş və The Wall Street Journal qəzetinin məlumatına görə, o, ətrafına ABŞ-ın ara seçkilərindən sonra həmin ölkənin bombalanmasının yenidən başlayacağını gözlədiyini bildirmişdi

Əziz MUSTAFA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью