Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Nyu-York, 23 sentyabr, AZƏRTAC
İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Marko Rubio BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Dünyada terrorizmin aparıcı sponsorunun nüvə silahına sahib olması qəbuledilməzdir”, – deyə o vurğulayıb.
Rubionun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İranın nüvə imkanlarını məhdudlaşdırmaq istiqamətində səyləri ötən il İranın nüvə obyektlərinə endirilən zərbələrlə yekunlaşmır. O bildirib ki, Tramp bu məsələdə növbəti nəsli düşünür.
Dövlət katibi, həmçinin ABŞ hərbçilərinin Hörmüz boğazının bir hissəsinin kommersiya neft tankerlərinin hərəkəti üçün açıq qalmasını təmin etdiyini diqqətə çatdırıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York