Rubio İranın hələlik ABŞ ilə saziş bağlamağa hazır olmadığını hesab edir

23.07.2026

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio İran hakimiyyətinin hələlik ABŞ ilə saziş bağlamağa hazır olmadığını, lakin bu vəziyyətin tezliklə dəyişə biləcəyini düşünür.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə ASEAN çərçivəsində keçirilən nazirlər səviyyəsindəki tədbirlər çərçivəsində mətbuat konfransında bildirib.

"Problem bundadır ki, bu insanlar hər dəfə razılaşma əldə edəndə ya onu pozurlar, ya da həmin razılaşmanı dəyişdirmək istəyirlər. Bəlkə də onlar hələlik saziş bağlamağa hazır deyillər, lakin böyük ehtimalla tezliklə hazır olacaqlar, çünki ödədikləri qiymət çox yüksəkdir", — deyib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью