Rubio: İranın nüvə silahına malik olduğu bir dünyada yaşaya bilmərik

02.05.2025

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ İranla müharibəyə can atmır, sadəcə onun nüvə silahına malik olmasının qarşısını almaq istəyir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox News” müsahibəsində deyib.

“Prezident Tramp müharibə istəmir. Heç birimiz istəmirik. Amma biz İranın nüvə silahına malik olduğu bir dünyada yaşaya bilmərik. Əgər İran məsələlərin həlli ilə bağlı diplomatiyanı seçərsə, irəliyə doğru aydın bir yolu var”, - dövlət katibi vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью