Rubio: İranla müharibəni dayandırmağa yönəlmiş razılaşma üçün ciddi təklif var

25.05.2026

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ ilə İran arasında müharibəni dayandırmağa yönəlmiş razılaşma üçün masada “kifayət qədər ciddi təklif” mövcuddur və razılaşmanın bazar ertəsi əldə olunması ehtimalı var.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən bildirir.

Rubio Hindistana səfəri zamanı jurnalistlərə açıqlamasında prosesin davam etdiyini deyib: “Biz hələ də bunun üzərində işləyirik”.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın daha əvvəl razılaşmanın yaxın olduğu barədə açıqlaması və daha sonra tərəflərə tələsməmək çağırışı danışıqlar fonunda səslənib.

Qeyd edək ki, ABŞ mediasının məlumatına əsasən, müzakirə edilən razılaşma 60 günlük atəşkəsin uzadılması, Hörmüz boğazının yenidən açılması və İranın nüvə proqramı üzrə əlavə danışıqların aparılmasını əhatə edir.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью