Rubio İranla razılaşmanı bloklayıb

18.09.2026

Icma.az, Sherg.az saytına istinadən bildirir.

ABŞ dövlət katibi Marko Rubio apreldə Pakistanda İranla keçirilən danışıqların razılaşma əldə olunmadan başa çatmasında mühüm rol oynayıb.

Sherg.az NBC News-a istinadən xəbər verir ki, danışıqlar zamanı ABŞ nümayəndə heyəti İranın mümkün razılaşmanın şərtlərini dəyişdirdiyindən narahat olaraq Rubioya müraciət edib.

Rubio da İranın təklifinin qəbul edilməməsini dəstəkləyib. Nəticədə tərəflər razılaşma əldə edə bilməyiblər.

NBC News-un məlumatına görə, Rubio danışıqlar prosesində ictimai şəkildə önə çıxmasa da, qapalı görüşlərdə əsas qərarlara əhəmiyyətli təsir göstərir və faktiki veto imkanına malikdir.

ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlar təxminən 21 saat davam edib. Vaşinqton Tehrandan nüvə silahı yaratmaqdan imtina etməyi və Hörmüz boğazını tam açmağı tələb edib. İran isə boğaz üzərində nəzarəti saxlamaqda israr edib.

Tərəflər nəticədə razılaşma əldə edə bilməyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью