Rubio istefa verə bilər

05.11.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün hazırlıq çərçivəsində istefa verə bilər.

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, Rubio Respublikaçılar Partiyasının ABŞ Konqresinə aralıq seçkilərdə məğlub olması səbəbilə vəzifəsindən gedə bilər.

Qəzet yazır ki, Rubio ABŞ prezidenti Donald Tramp administrasiyasının siyasətindən, o cümlədən İrandakı müharibədən uzaqlaşmalıdır. Qəzet hesab edir ki, bu, onun respublikaçılardan prezidentliyə namizəd olmaq uğrunda vitse-prezident Ceyms Devid Venslə mübarizədə şanslarını artıra bilər.

“The Independent” onu da qeyd edib ki, yaxın vaxtlarda Tramp administrasiyasını ümumilikdə beşədək qurum rəhbəri tərk edə bilər.

Ağ Ev və ABŞ Dövlət Departamenti isə qəzetin iddialarını təkzib edib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью