Rubio ixtisarlar etməyi pıanlaşdırır

15.05.2025

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

NBC News telekanalı bildirib ki, ABŞ dövlət katibi Marko Rubio ciddi surətdə heyyətdə ixtisarlar etməyə və ölkənin Milli Təhlükəsizlik Şurasının işində radikal dəyişikliklər etməyə hazırlaşır.

 "Böyük bir ştat prezident üçün siyasi təkliflər hazırlayır, Prezident Tramp göstəriş verir, Ağ Evdən idarə olunan Milli Təhlükəsizlik Şurası siyasi prossesləri  koordinə  edən əsas mərkəz kimi, sonradan Trampın fərmanlarının yerinə yetirilməsinə rəhbərlik edir"- deyə telekanalın hazırladığı materialda bildirilir.

Donald Tramp vəzifəsinin icrasına başlayanda, əməkdaşların sayı 300 nəfər idi. Sonradan onların sayı 150-yə endirildi. Gözlənilir ki, əməkdaşların sayı 50-60 nəfərədək azaldılsın. Bildirilir ki, hələlik ixtisarlarla bağlı yekun qərar qəbul edilməyib.

 Rüstəm Hacıyev 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью