Rubio köməkçisini Vuçiçlə görüşə göndərdi

13.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Brendan Hanrahanla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Vuçiç özünün İnstaqram səhifəsində yazıb.

Serbiya prezidenti Hanrahanla gündəmdəki məsələlər, Serbiya ilə ABŞ arasında münasibətlər, Qərbi Balkanlardakı vəziyyət barədə danışdığını deyib:

“Serbiya ilə ABŞ arasında strateji tərəfdaşlığı və bütün sahələrdə – enerjidən süni intellektə qədər əməkdaşlığın inkişafını müzakirə etdik və qeyd etdik ki, məhsuldar iqtisadi əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin əsası olmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью