Rubio: Konqresin Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsi tələb edəcəyini düşünür

04.04.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio, ABŞ Konqresinin, Prezident Donald Trampın administrasiyasına qarşı təzyiq göstərərək Rusiya əleyhinə sanksiyaların gücləndirilməsini istəyəcəyini hesab edir.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "C-SPAN" televiziya kanalının canlı yayımıda bildirib.

"Ona görə də Kapitoliy təpəsindən sanksiyaların sərtləşdirilməsi üçün təzyiq artacaq və biz buna qarşı durmaqda çətinlik çəkəcəyik, əgər Ukraynada sülhün bərpası istiqamətində irəliləyiş əldə etməsək", - o, Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Rubio əlavə edib ki, bəzi qanunvericilər artıq Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihələri təklif etməyə başlayıblar.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью