Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Amerika və Rusiya səfirliklərinin fəaliyyətini müzakirə edib.
APA xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Çox ağır şəraitdə fəaliyyət göstərən Moskvadakı səfirliyimizlə bağlı məsələ qaldırdım. Bu vacib olduğu üçün bunu gündəmə gətirirəm. Səfirliyimiz fəaliyyət göstərməsə, Rusiya ilə hər hansı bir əlaqə qurmaq çətin olacaq”, - Rubio vurğulayıb.