Rubio Lavrovla görüşdən sonra açıqlama verdi

24.09.2026

Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rubio Lavrovla görüşdən sonra açıqlama verdi

ABŞ Dövlət Katibi xəbərdarlıq etdi ki, Ukrayna və Rusiyadakı enerji obyektlərinə zərbələrin dayandırılması "asan iş olmayacaq".
Ukrayna və Rusiya enerji obyektlərinə, eləcə də taxıl ixracı ilə bağlı infrastrukturlara zərbələrin dayandırılmasında maraqlıdırlar. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubi Nyu-Yorkda keçirilən mətbuat konfransında jurnalistlərə bildirib.

"Düşünürəm ki, hər iki tərəf enerji və taxıl tədarükü də daxil olmaqla, müəyyən dərəcədə məhdud atəşkəsdə maraqlı olduqlarını bildiriblər. Bu, müharibəyə son qoymayacaq, amma düşünürəm ki, hiss olunan bəzi qlobal problemləri aradan qaldıracaq", - deyə o bildirib.

Rubio enerji obyektlərinə zərbələrin dayandırılmasının "sadə bir iş olmayacağı" barədə xəbərdarlıq edib.

Dövlət katibi Vaşinqtonun bu prosesi asanlaşdırmağa hazır olduğunu bildirib və bu cür razılaşmaların daha geniş bir razılaşma üçün əsas yarada biləcəyini irəli sürüb. Rubio vurğulayıb ki, Ukraynadakı müharibəyə yalnız danışıqlar yolu ilə son qoymaq olar.

"Biz əlimizdən gələni etməyə çalışırıq, çünki enerji infrastrukturuna qarşı qarşılıqlı hücumlar bütün dünyada əks-səda doğurur... Bu, dünyanın və hər iki ölkənin xeyrinə olacaq", - deyə Rubio yekunlaşdırdı.

Bu gün ABŞ və Rusiya xarici işlər nazirləri Marko Rubio və Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində görüşdülər. Danışıqlar 52 dəqiqə davam etdi.

Əziz Mustafa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью