Rubio: “Mən bu həftə Rusiyaya getməyəcəm”

13.02.2026

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ dövlət katibinin Avropa turuna Rusiyaya səfər daxil deyil

ABŞ dövlət katibi Marko Rubio Avropa səfəri zamanı Almaniya, Macarıstan və Slovakiyaya səfər etməyi planlaşdırıb, lakin Rusiyaya səfər etmək planda yoxdur. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rubio Münhendə keçiriləcək beynəlxalq təhlükəsizlik konfransına yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

"Xeyr, mən bu həftə Rusiyaya getməyəcəm", deyə bildirib.

Dövlət katibi qeyd edib ki, Münhen konfransında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

O həmçinin Macarıstan və Slovakiyaya səfər etməyi planlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью