Icma.az, Azertag portalına istinadən məlumat verir.
Vaşinqton, 16 may, AZƏRTAC
NATO-nun bütün üzv ölkələri iyun ayında keçiriləcək NATO Sammitində qarşıdakı onillikdə müdafiəyə ÜDM-in 5-i faizi dəyərində vəsait xərcləmək barədə razılaşacaq.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət Katibi Marko Rubio “FoxNews”a müsahibəsində deyib.
“Altı həftə sonra sammit keçiriləcək. Bu sammitdə NATO-nun demək olar ki, hər bir üzvünün müdafiə xərcləri 2 faiz və ya ondan yuxarı olacaq, lakin daha önəmlisi, onların əksəriyyətinin xərci 4 faizdən artıq olacaq. Hər ölkə növbəti onillikdə bu rəqəmi 5 faizə çatdırmaq barədə razılaşacaq", - deyə Rubio bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton