Rubio ölən girovların ailələri ilə görüşüb

25.10.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ Dövlət Katibi Marko Rubio cəsədləri hələ də HƏMAS-ın nəzarətində olan mərhum İsrail girovları İtay Çen və Ömər Neytranın ailələri ilə görüşdü.

Bizimyol.info xəbər verir ki, bu barədə Rubio "X" sosial mediada yazıb.

"HƏMAS-ın əsirliyində ölən girovların həyatını unutmayacağıq. Bu gün mən Amerika vətəndaşları İtay Çen və Ömər Neytranın ailələri ilə görüşdüm. Onlar və digərləri geri qaytarılana qədər, bu istiqamətdəki fəaliiyətimizi dayandırmayacağıq", - deyə Dövlət Katibi qeyd edib.

İtay Çenin atası Rubi Çen bildirib ki, bu, Rubionun vəzifəyə başladığı vaxtdan bəri beşinci görüşüdür: "O, bütün girovların qaytarılmasına sadiqliyini bir daha təsdiqlədi... Onlar bütün girovların qaytarılmasında israr edəcəklər", - deyə qeyd edib.

"HƏMAS-ın bütün girovların qaytarılmasını gecikdirdiyi başa düşülür, lakin ABŞ və İsrail təzyiqi davam etdirmək üçün əlaqələndiriliblər, bunun bütün girovların qaytarılması üçün fürsət pəncərəsi olduğunu qəbul edirlər", - deyə o vurğulayıb.

Mediada yayılan məlumatlara görə, Marko Rubio saat 17:00-da Ben Qurion Hava Limanından Dohaya yola düşəcək.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью