Rubio: Rusiya qlobal nüvə dövlətidir, ABŞ onunla dialoq aparmalıdır

21.02.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya qlobal nüvə dövlətidir və ABŞ onunla dialoq aparmalıdır.

APA xəbər verir ki, ABŞ rəsmisi bunu jurnalist Ketrin Herricə müsahibəsində deyib.

“Biz bəzi hallarda dünyada ən böyük taktiki nüvə silahı arsenalına malik olan bir xalqla danışa bilməliyik. Biz istəsək də, istəməsək də Rusiya qlobal gücdür”, - Rubio qed edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью