Rubio: Rusiya tərəfinin etməli olduğu çox şey var

28.03.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Dövlət Katibi Marko Rubio Rusiya ilə yüksəksəviyyəli danışıqları gözləməyin vaxtının hələ yetişmədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Rubio keçirdiyi mətbuat konfransında müxbir ABŞ-nin Rusiya və Ukrayna ilə Səudiyyə Ərəbistanında aparılan müzakirələrdən sonra Moskva ilə yüksək səviyyəli danışıqlarının vaxtının çatıb-çatmadığını soruşub.

Rubio qeyd edib ki, hazırkı məhələdə əsas texniki səviyyədə irəliləyiş əldə edilməsidir.

“Düşünürəm ki, texniki səviyyədə daha çox inkişaf əldə etməliyik. Hər iki tərəfin, xüsusilə də bizim illərdir danışmadığımız Rusiya tərəfinin etməli olduğu çox şey var”, - Rubio deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью